9 C
Baku
Friday, December 13, 2024

19 hektarda yaşayış kompleksi tikiləcək – 1 şirkətə 9 milyon manatlıq sifariş

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyət “İdeal TM” MMC (NN Group MMC konsorsium) ilə 9 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilə 1920 şagird yerlik orta məktəb binasının qazanxana ilə birlikdə tikintisi, avadanlıqlarla təchiz edilməsi və məktəb ərazinin abadlaşdırılmasından ibarətdir.

Müqavilənin ümumi məbləği isə 9 114 588 manatdır.

Qeyd edək ki, bu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksinin tikintisində nəzərdə tutulur.

Bildirək ki, “İdeal TM” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Şölə Əliyevadır.

Son xəbərlər
Digər xəbərlər