19 C
Baku
Wednesday, May 1, 2024

2013-ci ilin ən fantastik tikintiləri – I hissə

Müasir memarlığa müxtəlif cür yanaşmaq olar. Biz sizə bu məqalədə 2013-ci il ərzində inşa olunmuş ən yaxşı və fantastik tikintilərin siyahısını təqdim edirik. 

1.Şençjen hava limanın yeni terminalı

2978205-R3L8T8D-650-arch-1İtaliyalı memar Massimiliano Fuksasanın layihəsi yarım kilometrlik uzunluğu olan balığa bənzəyir. Noyabrın sonunda açılan bu bina həm həcmləri, həm də qeyri- adi dizaynı ilə hər kəsi heyrətləndirir. Kompleksin tikintisi dörd il davam edib və 1,4$ milyarda başa gəlib. Yeni terminal bir ildə 25 milyon sərnişin qəbul etmək bacarığına malikdir.

Memar layihəni elə tərtib edib ki, terminalın tikintisini davam etdirmək olar.

2. Sürixdə media holdinqinin qərərgahı

2978655-R3L8T8D-650-5

Yaponiyalı memar Şiqer Banana məxsus layihə İsveçrədə həyata keçirilib. Bu tikintinin inşaasında heç bir boltlardan və betondan istifadə olunmayıb. Beşmərtəbəli ofis binasının konstruktor kimi qatlanmış taxta çərçivəsi və onun üzərindən salınmış yüngül şüşə fasadı var. Şiqer Ban bu cür binanı öz vətənində inşa edə bilməzdi, lakin Avropada ənənəvi yapon fəndləri çox sevilir.

3. Sinqapur, Parkroyal oteli

2978155-R3L8T8D-650-13

Sinqapurda fəaliyyət göstərən memarlıq şirkəti WOHA “yaşıl” binaların inşaasında ixtisaslaşır. Onların son layihələri Parkroyal otelidir. Həmin tikintinin fəsadı ətrafında şaquli vəziyyətdə dörd bağ salınıb.

4. Bazeledə yarmarka mərkəzi

2981055-R3L8T8D-650-4

Binanın praqmatik quruluşu onun darıxdırıcı olması mənasına gəlmir. Keçən il isveçrəli Hersoq və de Meron Bazele yarmarka mərkəzini yenidən tikirlər. Binanın alüminiumdən olan fəsadı sayəsində yeni pavilyon çox gözəl görünür. Tikintinin mərkəzində olan keçid isə daha öncələr qapalı olan kompleksi şəhərə tərəf çevirməyə və yeni ictimai sahə yaratmağa imkan verdi.

5. Bakıda Heydər Əliyev adına mədəniyyət mərkəzi

2978805-R3L8T8D-650-6

Zaza Xadid Azərbaycan ərazisində inşa olunmuş ən görkəmli tikintilərdən birinin müəllifidir.

Təxminən bir il bundan əvvəl Bakıda açılmış Heydər Aliyev adına mədəniyyət mərkəzi yəqin ki, dünyanın ən maraqlı muzeyi deyil. Lakin o, hər kəsi öz axıcı, hamar formaları ilə heyrətləndirir. Aydındır ki, bu tikintinin inşaasında innovativ materiallardan istifadə olunub.

6. MUCEM -Marseldə Avropa və Aralıq dənizi sivilizasiyalarının muzeyi

2978705-R3L8T8D-650-72013-ci il boyu Marsel Avropanın mədəniyyət paytaxtı statusunu şərəflə daşıyırdı. Və bunun şərəfinə Marseldə muzey açılır. Həmin muzeyin tikintisinə 10 il bundan əvvəl başlamışdılar.

Fransız Rudi Riççottinin sözlərinə görə, bu bina «daşdan, sudan və küləkdən» düzəldilib. Və bu metafora deyil.

Qeyd edək ki, Rudi Riççotti muzey layihəsinin müəllifidir.

Muzey iki kubdan ibarətdir: xarici (sərgi zalları) və daxili (hörgü şəklində fasad). Bunun sayəsində müxtəlif baxış bucaqlarından binanın içini görmək olar. Tikintinin damından köhnə Sen- Jan limanına efemer körpü salınıb. Burada muzeyin sərgi zallarının ikinci hissəsi yerləşir.

7. Oslo, Statoil neft şirkətinin qərərgahı

2978855-R3L8T8D-650-8Statoil Norveç neft şirkətinin Osloda yerləşən qərərgahı dünyanın ən yaxşı ofis binalarından biri və müasir avropa memarlığının bir nümunəsi hesab edilir. Bu binanın tikintisində uzunsov parallepipedlər üç cərgə üzrə bir -birinin üzərində quraşdırıblar. Cərgələrin arasındakı sahə isə şüşə ilə örtülüb.

Bu tikinti onun daim dövr etdiyi təəsuratını bağışlayır.

8. Melburnda molekular tədqiqatlar mərkəzi

2977905-R3L8T8D-650-9Bina böyük rəngarən bir molekula kimi görünür. Təhsil iyerarxiyası isə binanın planının özünə daxildir. Binanın aşağısında- tələbələrin auditoriyaları, yuxarısında- alimlərin laboratoriyalarını yerləşdiriblər.

Tikintinin layihəsi yerli memar şirkəti Lyons-a məxsusdur. Son illərdə bu şirkət uşaq konstruktorlarına bənzəyən bir sıra ictimai tikintilər inşa ediblər.

9. Dalian beynəlxalq konfrans mərkəzi

2978905-R3L8T8D-650-10

Bu dəniz qülyəbanisi formasında inşa edilən tikintinin müəllifləri Avstriyanın CoopHimmelb(l)au şirkətinin memarlarıdırlar. Onlar binanın tikintisinə on min ton polad və bir o qədər beton sərf ediblər.

10. İsveç, çoxfunksiyalı Emporia kompleksi

2978505-R3L8T8D-650-12Bu tikinti də attraksion binalardan biridir. Keçən il Malmö ətrafında daha bir isveç mərkəzi açılmışdı. Memar Hert Vinqord adətən darıxdırıcı görünüşü olan ticarət mərkəzlərinə rəng qatmaq qərarına gəlir və müəllifi olduğu ticarət mərkəzinin fasadını əridilmiş kəhrəba hissəciyi kimi inşa etməyə qərar verir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər