15 C
Baku
Saturday, April 20, 2024

2018-ci ildə Alphabet şirkətinin gəliri üç dəfə artıb

2018-ci ildə Google-un ana strukturu olan Alphabet şirkətinin mənfəəti 30,7 milyard dollara çatıb. Xatırladaq ki, 2017-ci ildə bu rəqəm 12,6 milyard dollar təşkil edib.

2018-ci ilin dördüncü rübünün nəticələrinə görə, şirkət gəlirini 8,9 milyard dollara qədər artırıb. Banker.az bildirir ki, bu barədə RNS xəbər verir. 2017-ci ilin analoji dövrdə bu rəqəm -3,02 milyard dollar təşkil edib.

2018-ci ilin dördüncü rübünün nəticələrinə görə, korporasiyanın gəliri 39,2 milyard dollar təşkil edib.

İlin nəticələrinə əsasən, Alphabet gəlirini 23,4%, 136,9 milyard dollara qədər artırıb.

 

Son xəbərlər
Digər xəbərlər