“Time” jurnalının verdiyi məlumata görə, 2019-cu ildə “İlin adamı” mükafatına 16 yaşlı eko-aktivist Greta Thunberg layiq görülüb.
Qeyd edək ki, namizədlər sırasında Vladimir Putin, Donald Tramp, Emmanuel Macron, Xi Jinping və digər tanınmış siyasətçilər, habelə “Forbes” jurnalına daxil olan üç milyarder – “Amazon” un qurucusu Jeff Bezos, “Facebook” un qurucusu Mark Zuckerberg və “SoftBank” bankının təsisçisi Masayoshi Son olmuşdur.
“İlin adamı” titulu uğrunda mübarizə 1972-ci ildən başlayaraq hər ilin sonunda keçirilir. Xatırladaq ki, daha əvvəl “Time” jurnalı namizədlərin siyahısını dərc etmişdir. Siyahı “NBC News” kanalının “Today” proqramında yayımlanıb.