14 C
Baku
Friday, May 17, 2024

2024-cü il üçün ARDNF-nin büdcəsi təxminən 800 milyon manat kəsir ilə proqnozlaşdırılır

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il üçün gəlirləri 12 milyard 73 milyon 255,5 min manat, xərcləri – 12 milyard 861 milyon 986 min manat səviyyəsində proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin saytında dərc olunmuş məlumata əsasən bildirilir ki, gələn il üçün ARDNF-nin gəlirləri neftin bir barelinin orta qiyməti $60 götürülməklə hesablanıb.

Beləliklə, proqnozlara görə, 2024-cü ildə ARDNF-nin büdcə kəsiri 788 milyon 730,5 min manat təşkil edəcək.

Maliyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü il üçün ARDNF-dən Azərbaycanın dövlət büdcəsinə transfertlər 12 milyard 781 milyon manat və ya gələn il Fondun xərclərinin 99,4%-i səviyyəsində planlaşdırılır.

2023-cü ildə ARDNF-nin büdcəsinin gəlirləri 16 milyard 337,5 milyon manat, xərcləri – 11 milyard 850 milyon 36,5 min manat səviyyəsində təsdiq olunub. Beləliklə, ARDNF-nin büdcəsinin profisiti 4 milyard 487 milyon 463,5 min manat səviyyəsində proqnozlaşdırılır. 2023-cü il üçün ARDNF-nin gəlirləri neftin bir barelinin orta qiyməti $60 götürülməklə hesablanıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər