6 C
Baku
Sunday, December 15, 2024

2024-cü ilin ilk rübündə banklar əhaliyə nağd 931 mln. dollar satıblar

Azərbaycanda 2024-cü ilin ilk rübündə əhalinin banklardan əldə etdiyi nağd ABŞ dollarına tələbi kəskin artıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının göstəricilərində bildirilir.

Belə ki, 2024-cü ilin yanvar-mart ayları ərzində banklar əhaliyə nağd 931.3 milyon ABŞ dolları satıblar. Bu da illik müqayisədə 491.5 milyon manat və ya 112 faiz (2 dəfə) artımdır.

2024-cü ilin yanvarında əhali banklardan 211.5 milyon dollar, fevralında 499.58 milyon dollar, martında isə 220.21 milyon dollar nağd alış edib.

2023-cü ilin ilk rübündə əhali banklardan nağd 439.78 milyon dollar əldə etmişdi.

Banklar isə əhalidən 2023-cü ilin eyni dövründə 367.96 milyon dollar aldığı halda, cari ildə bu rəqəm 351.27 mln. dollara düşüb.

Göründüyü kimi, banklardan əhaliyə 580.02 milyon ABŞ dolları axın olub.

Həmin dövrdə Dövlət Neft Fondu hərraclara 1 mlrd. 835.8 mln. dollar çıxarıb ki, bu da illik müqayisədə 13% artımdır.

Azərbaycan Mərkəzi Bankı ilin əvvəlindəki açıqlamalarında bir daha Azərbaycanın tədiyə balansında profisit gözlədiyini və valyuta hərraclarında alışyönlü mövqedə çıxış edəcəyini proqnoz edib.

21312313321312312312

Son xəbərlər
Digər xəbərlər