Bu kartlar internet vasitəsilə alış-veriş etmək üçün nəzərdə tutulmuş kartdır. İnternet şəbəkəsində mal və ya xidmət haqqı ödəyərkən siz yalnız heç də mürəkkəb olmayan adi elektron anketini doldurmalı, o cümlədən, oraya kartınız barədə məlumatları da daxil etməlisiniz. Eyni zamanda Virtual kartlardan internet şəbəkəsində istifadə edərək siz, 24 saat ərzində internet vasitəsilə bir çox əməliyyatları rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərsiniz:
- İnternet mağazalarından mal və xidmətlər almaq;
- Kommunal ödənişlər etmək;
- Mobil və stasionar rabitə haqlarını ödəmək;
- Sığorta ödənişlərini həyata keçirmək;
- Kabel televiziyasından istifadə haqqını ödəmək;
- İnternet provayderlərin xidmət haqlarını ödəmək;
- Elektron bilet almaq;
- Otellərdə otaq rezervasiya (sifariş) etmək və s.
İnternet kartını necə əldə edə bilərsiniz?
İnternet kartı əldə etmək üçün siz şəxsiyyət vəsiqəniz ilə birlikdə kartı almaq istədiyiniz istənilən filiala yaxınlaşıb “internet kartın alınması üçün sifariş ərizəsi”ni doldurmaq və kartın illik xidmət haqqını ödəmək kifayətdir. Eyni zamanda siz kartınızı online da sifariş edə bilərsiniz ki, kartınız hazırlandıqdan sonra nəzərdə tutulmuş ünvana çatırılacaqdır.
N |
Bankın adı |
Kartın adı |
İllik xidmət haqqı |
Kartın hazırlanma müddəti |
Kart hesabına minimal yatırımın məbləği |
1 |
Access Bank |
Visa Electron |
8 AZN |
3 gün |
0 AZN |
2 |
AG Bank |
VISA Virtual Card |
12 AZN |
2 gün |
0 AZN |
3 |
ASB Bank |
Visa Virtual |
5 AZN * |
3 gün |
0 AZN |
4 |
Ata Bank |
Visa Electron |
10 AZN |
2 gün |
0 AZN |
5 |
Azər-Türk Bank |
MC Standard |
20 AZN |
3 gün |
0 AZN |
6 |
AFB Bank |
Visa Electron |
15 AZN |
3 gün |
0 AZN |
7 |
Bank BTB |
Visa Electron |
10 AZN |
3 gün |
0 AZN |
8 |
Bank of Azerbaijan |
MC Standard |
15 AZN |
3 gün |
0 AZN |
9 |
Bank of Baku |
Visa Electron |
7 AZN |
3 gün |
0 AZN |
10 |
Bank Respublika |
Virtual Card |
0 AZN |
3 gün |
100 AZN |
11 |
Beynəlxalq Bank |
VISA InterCard / WebCard |
10 AZN |
3 gün |
0 AZN |
12 |
DəmirBank |
Virtual Card |
8 AZN |
3 gün |
0 AZN |
13 |
Kapital Bank |
Visa Virtual |
5 AZN |
3 gün |
0 AZN |
14 |
Para Bank |
Visa Virtual |
5 AZN * |
3 gün |
0 AZN |
15 |
Unibank |
Click Card |
5 AZN |
3 gün |
0 AZN |
16 |
Xalq Bank |
Visa İnternet kartı |
10 AZN |
3 gün |
0 AZN |
* 3 illik