7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan bankları Palataya bu il 9 mln. manat haqq ödəyəcək

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının bu il Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) ödəyəcəyi haqqın məbləği onların ötən ilin yekunundakı maliyyə göstəriciləri əsasında müəyyən ediləcək.

Bu barədə Palatanın Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov məlumat verib.

Xatırladaq ki, ötən gün qüvvəyə minmiş qaydalara görə, aktivlərinin həcmi 1 mlrd. manatdan çox olan banklar 800 min manat, aktivlərinin həcmi 500 mln. manatdan 1 mlrd. manata qədər olan banklar 500 min manat, aktivlərinin həcmi 500 mln. manata qədər olan banklar isə 300 min manat Palataya illik haqq ödəməlidir.

31 dekabr 2016-cı il tarixinə 32 yerli bankdan 5-nin aktivləri 1 mlrd. manatdan çox, 8-nin aktivləri 500 mln. manatdan 1 mlrd. manata qədər, 19-nun aktivləri isə 500 mln. manata qədərdir. Son nəticədə Azərbaycan bankları Palataya 13,7 mln. manat haqq ödəməlidir.

Kommersiya bankları Bank aktivlərinin həcmi,
mln. manat
(31.12.2016)
MBNP-yə ödəniləcək
illik haqq,
min manat
1 Accessbank 1 058,872 800
2 AFB Bank 300,446 300
3 AGBank 520,003 500
4 Amrahbank 256,224 300
5 Atabank 472,542 300
6 International Bank of Azerbaijan 12 223,723 800
7 Azərbaycan Industry Bank 787,179 500
8 Azer-Turk Bank 469,550 300
9 Bank Eurasia 143,417 300
10 Bank of Baku 549,609 500
11 Bank BTB 241,508 300
12 Bank Respublika 912,117 500
13 Silkway Bank 403,993 300
14 Bank VTB (Azerbaijan) 435,563 300
15 Caspian Development Bank 129,295 300
16 Demirbank 538,829 500
17 Expressbank 286,822 300
18 Gunaybank 118,810 300
19 Xalg Bank 1 668,621 800
20 Kapital Bank 3 096,691 800
21 Bank Melli Iran-Baku 80,468 300
22 Muganbank 470,824 300
23 Naxchivanbank 126,407 300
24 NBC Bank 158,970 300
25 Nikoil Bank 439,726 300
26 National Bank of Pakistan-Baku 11,263 300
27 PASHA Bank 3 149,516 800
28 Rabitabank 522,288 500
29 Turanbank 528,222 500
30 Unibank 716,522 500
31 YapiKredi Bank Azerbaijan 447,862 300
32 Ziraat Bank Azerbaijan 132,196 300
Cəmi 31 398,080 13 700

Bununla belə, R.Abbasov Reporta bildirib ki, qaydalar 19 aprel 2017-ci ildən qüvvəyə mindiyi üçün banklar bu ilin qalan 8 ayının pulunu Palataya ödəyəcək. Bu isə təxminən 9,1 mln. manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər