Mərkəzi Bankın not hərracında tələb təklifi 110% üstələdi

Bu gün, yəni, 3 may 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100856S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 25 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 3 investor tərəfindən 4 sifariş təqdim olunmuşdur. Banker.az BFB-yə istinadən xəbər verir ki, sifarişlərin nominal üzrə ümumi məbləği 52,602,700.00 AZN təşkil edib. Bu da hərracda tələbin təklifi 110%dən çox üstələməsi deməkdir.

Sifarişlər 98.8620 AZN (14.7998%) və 98.8800 AZN (14.5631%) qiymətində təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8620 AZN (14.7998%), orta ölçülmüş qiyməti – 98.8628 AZN (14.7893%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 03.05.2017 (t+0) tarixində həyata keçirilmişdir

Notların nominal üzrə reallaşdırılmış həcmi 25,000,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.

Notların ödəmə tarixi 31.05.2017-ci ildir.

Son xəbərlər
Digər xəbərlər