Banker.az xəbər verir ki, bazar ertəsi günü kriptovalyuta bazarı enməyə davam etdi, rəqəmsal valyutaların ümumi dəyəri isə 90 milyard dollardan aşağı endi.
Bitcoin və Ethereum rəqəmsal valyutaları dəyərlərinin 4,5%-ni itirdi.
Kriptovalyuta bazarı son bir neçə həftə ərzində göstəricisini 100 milyard dollardan yuxarıda saxlamağa çalışırdı. Lakin indi bu rəqəm belə ümidsiz təsir bağışlayır. Belə ki, hazırda kriptovalyutaların bazar kapitalizasiyası 87,9 milyard dollar təşkil edir ki, bu da son ay ərzində qeydə alınan ən aşağı göstəricidir. İlk dəfə göstərici 90 milyard dollardan aşağıya iyul ayında endi.
Cüzi enmələrə baxmayaraq, Bitcoin valyutasının məzənnəsi nisbətən sabit qalırdı. Bazar ertəsi günü kriptovalyutanın qiyməti enməyə başladı və 2,437 dollar göstəricisinə çatdı. Hazırda Bitcoin-in bazar kapitalizasiyası təqribən 40 milyard dollar təşkil edir.
Ethereum məzənnəsi isə bazar ertəsi 8% endi və 224 dollara çatdı. Ötən həftə ərzində isə kirptovalyutanın məzənnəsi rekord hesab olunan 22% enib.