5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda üç universitetin nizamnaməsi dəyişdi – Fərman

“ADA” Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib:

1. 1.3-cü bəndə, 3.2.2-ci yarımbəndə, 3.2.4-cü yarımbəndin birinci cümləsinə və 7.5-ci bəndin ikinci cümləsinə “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin.

2. 5.6-cı bənddə “formada dövlət nümunəli sənəd” sözləri “formalı dövlət sənədi” sözləri ilə əvəz edilsin.

3. 6.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“6.4. Universitetin elmi tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada maliyyələşdirilir.”.

4. 6.5-ci bənddən “və elmi-pedaqoji” sözləri çıxarılsın və “elmi tədqiqat institutlarına” sözləri “ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilsin.

 “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib:

1. 1.2-ci, 6.5-ci bəndlərə və 2.2.10-cu yarımbəndə “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin.

2. 2.1.15-ci yarımbənddə “Azərbaycan Respublikasının Qanununa” sözləri “və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilsin.

3. 5.1-ci bəndə “mütəxəssis” sözündən sonra “, elmi” sözü əlavə edilsin.

4. 5.22-ci bənddə “formada dövlət nümunəli sənəd” sözləri “formalı dövlət sənədi” sözləri ilə əvəz edilsin.

5. 6.6.1-ci yarımbənddə “və tətbiqi-nəzəri araşdırmaların” sözləri “, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi tədqiqatların” sözləri ilə əvəz edilsin.

“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib:

1. 1-ci bəndə və 33-ci bəndin üçüncü abzasına “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin.

2. 2-ci bənd ləğv edilsin.

3. 6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“6. Akademiyada doktoranturaların yaradılması və doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.”.

4. 11-ci bəndin altıncı abzasından “və elmi-pedaqoji” sözləri çıxarılsın.

5. 12-ci bəndin səkkizinci abzası ləğv edilsin.

6. 16-cı bəndin on ikinci abzasında “qərarlar qəbul edir” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına vəsatət verir” sözləri ilə əvəz edilsin.

7. 21-ci bəndə “mütəхəssislərin” sözündən sonra “, elmi” sözü əlavə edilsin.

8. 25-ci bənd üzrə:

8.1. ikinci və beşinci abzaslar ləğv edilsin;

8.2. üçüncü abzasda “aparıcı təhsil və elmi tədqiqat idarə və təşkilatlarına” sözləri “digər ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilsin;

8.3. altıncı abzasda “elmi əməkdaş” sözləri “elmi işçi” sözləri ilə əvəz edilsin.

9. 26-cı bənddə “verilməsi” sözü “müdafiəsi” sözü ilə əvəz edilsin.

10. 28-ci bənddə “elmi əməkdaşlar” sözləri “elmi işçilər” sözləri ilə əvəz edilsin.

11. 29-cu bənd aşağıdakı redaksiyada verilsin:

“29. Akademiyanın professor-müəllim heyətinin və elmi işçilərinin işə qəbulu Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin qalibləri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanılır.”.

12. 33-cü bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“Akademiyanın elmi tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada maliyyələşdirilir.”.

 

Son xəbərlər
Digər xəbərlər