Banker.az xəbər verir ki, Avstriya Mərkəzi Bankının rəhbəri və Avropa Mərkəzi bankının icraiyyə şurasının üzvü Evald Novotniy Bitcoin-i valyuta qismində nəzərdən keçirmir.
Mərkəzi bank rəhbəri bunu Yaponiyanın bu yaxınlarda kriptovalyutanı qanuni ödəniş vasitəsi olaraq qəbul etməsini şərh edərkən yerli Kleine Zeitung nəşrinə bildirib.
“Bitcoin – bu valyuta deyil. Onda digər valyutalarda olan, yəni stabillik çatışmır. Bitcoin – spekulyativ obyektdir” – deyə Novotniy qeyd edib.
Novotniy həmçinin qeyd edib ki, o qlobal desentralizə olunmuş kriptovalyutaya qarşı deyil, lakin investorlara belə aktivlərə vəsait yatırarkən həddindən artıq ehtiyatlı olmağı tövsiyyə edib.