8 C
Baku
Thursday, December 12, 2024

ADIF rəhbərliyində dəyişiklik olunub

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri dəyişib.

Bu gün Fondun Himayəçilik Şurasının iclası keçirilib. İclasda Himayəçilik Şurasının sədri vəzifəsinə Azərbaycan Mərkəzi Bankının sədrinin müşaviri Əliyar Məmmədyarov seçilib. Qeyd edək ki, bu vaxtadək Fondun Himayəçilik Şurasının sədri Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının üzvü İlqar Muradov olub.

Bundan başqa, Fondun Himayəçilik Şurasının üzvlərində də dəyişiklik olub. Belə ki, Mərkəzi Bankın Makroiqtisadi tədqiqatlar departamentinin direktoru Şaiq Adıgözəlov Himayəçilik Şurasının üzvlüyündən kənarlaşdırılıb. Onun yerinə Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin müdiri Azad Tağızadə seçilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər