1 C
Baku
Saturday, December 14, 2024

“Unibank”ın rəhbərliyində dəyişiklik gözlənilir

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının çağırılması barədə açıqlama verilib. Banker.az bu barədə Bankın ictimayyətə açıqladığı məlumata istinadən xəbər verir.

Məlumatda bildirilir ki, Səhmdarların növbədənkənar Ümumi Yığıncağı 13 oktyabr 2017-ci il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində keçiriləcəkdir.

Yığıncaqda Bankın kənar auditorunun təyin edilməsi barədə; İdarə Heyətinin tərkibində dəyişikliklərin edilməsi haqqında; Nizamnamə kapitalının artırılması; Nizamnaməsinə dəyişikliklər edilməsi haqqında; xüsusi əhəmiyyətli əqdlər haqqında məsələnin müzakirəsi nəzərdə tutulmuşdur.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla “Uniank KB”nin Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, İşlər İdarəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

Son xəbərlər
Digər xəbərlər