Lisenziyası ləğv edilmiş “Bank Standard” QSC-nin ləğv planı təsdiq olunub.
Bu barədə Bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum planın təsdiq olunması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti versə də, qurumun hakimi Nigar Rəsulbəyova şikayəti təmin etməyib.