İKT sektorunun rəqabət qabiliyyətinin artırılması və beynəlxalq bazarlara çıxışını asanlaşdırmaq məqsədi ilə Azərbaycan hökuməti tərəfindən göstərilən dəstək sayəsində son illər Azərbaycanın startap ekosistemi inkişaf edir və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu startap layihələrinə növbəti qrant ayırıb.
Belə ki, Fond tərəfindən keçirilən növbəti qrant müsabiqəsinin qalibləri müəyyənləşdirilib. Fondun Müşahidə Şurasının növbəti iclasında 10 aprel 2017-ci il tarixində elan edilən növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış startap layihələrilə bağlı yekun qərar verilib.
Qeyd edək ki, sayca beşinci olan bu qrant müsabiqəsinə ümumilikdə 172 layihə təqdim olunub.
Bu layihələrdən 150-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub. Kompleks ekspertizaya təqdim olunan 150 layihədən isə 71-i müsbət rəy alıb.
Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 71 startap layihəsindən sonda 21-nin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, Fondun Müşahidə Şurasının qərarı ilə 21 layihəyə ümumilikdə 242 000 AZN qrant vəsaiti ayrılıb. Beləliklə, qrant müsabiqəsinin qalibləri və ayrılan qrant məbləğlərini təqdim edirik.
№ | Layihənin adı | Qrant məbləği (AZN) |
GRP | 11 000 | |
Yüksəklik | 12 000 | |
CamTouch | 12 000 | |
ReCountry | 10 000 | |
“Destination – Baku” application | 12 000 | |
ZoomX | 11 000 | |
Ustad | 12 000 | |
WakeMeUp | 11 000 | |
İlmə | 12 000 | |
Postcal | 14 000 | |
Pazl – Xalça | 12 000 | |
High_Cargo mobile application | 11 000 | |
Mobil oyunun hazırlanması | 11 000 | |
Run2Help | 12 000 | |
İnEduTech | 14 000 | |
Ecommerce üçün innovativ çatdırılma sıstemi | 12 000 | |
seattip.com | 12 000 | |
Hüt-hüt | 11 000 | |
www.e-pul.az | 10 000 | |
BKES | 10 000 | |
Soft Balance Accounting | 10 000 |
Məlumat üçün bildirək ki, ilk 3 müsabiqənin qalibi olmuş 62 layihənin hamısının, 4-cü müsabiqənin qalibi olmuş 29 layihənin isə 18-nin icrası yekunlaşdırılıb. Qalan 28 layihə üzrə işlər davam etdirilir.
Fondun elan etdiyi 5 müsabiqə üzrə qalib olmuş 108 layihənin 27-si tələbələr tərəfindən təqdim olunub (digər- 23 kommersiya hüquqi şəxs, 58 fərdi şəxs), o cümlədən 16-sı universitetlərdəki biznes inkubatorlarda hazırlanıb.
Qalib layihələr daha çox təhsil (16), turizm (15), oyun (14), İKT cihazlarının hazırlanması (18), e-ticarət (11) və digər xidmət (34) sahələrini əhatə edib.