8 C
Baku
Thursday, December 12, 2024

Avropa valyuta fondunun yaradılması müzakirə ediləcək

Dekabr ayında avrozonanın lider ölkələrinin Avropa stabillik mexanizmi (ESM) bazasında Avropa valyuta fondunun yaradılması, həmçinin Brexit fonunda inkişaf və inteqrasiya ilə bağlı növbəti addımlar və bank ittifaqının tamamlanmasına həsr olunmuş sammiti keçiriləcək.

Banker.az xəbər verir ki, bu haqda məlumatı Avropa şurasının rəhbəri Donald Tusk öz məktubunda qeyd edib.

Siyasətçilər avrozonada bankların bərpası üçün vahid mexanizm, banklarda risklərin azaldılması və ümumavropa əmanətlərin sığortalanması sistemi də daxil olmaqla, ittifaqın digər məsələlərini də müzakirə edəcəklər.

Avrosammitdə müzakirə ediləcək əsas məsələlər üzrə qərarlar 2018-ci ilin iyun ayına qədər hazır olmalıdır. Tusk qeyd edib ki, Brexit və bununla bağlı danışıqlar Aİ-da müzakirə edilməli birinci dərəcəli məsələlər olaraq qalmaqdadır.

Son xəbərlər
Digər xəbərlər