AİF-in istiqrazlarının yüz milyonluq emissiyasının ikinci tranşı yerləşdiriləcək

Sentyabrın 28-də Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin 25 milyon manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 001,67 manat qiyməti ilə satışa çıxarılacaq.

ASC-dən Banker.az-a bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti avqustun 16-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 milyon AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3 faizdir.

Baza emissiya prospektinə əsasən, yerləşdirilmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər