6 C
Baku
Sunday, December 15, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Kreditlərin ödəniş imkanları – hansı Bank daha geniş imkanlar yaradır?

Kreditlərin ödəniş imkanları – hansı Bank daha geniş imkanlar yaradır?

0
Kreditlərin ödəniş imkanları – hansı Bank daha geniş imkanlar yaradır?

Müasir dövrün Bank sistemində bir çox sahələr üzrə ən son texnologiyalar tətbiq edilməkdədir. Məqsəd – müştəri mənmuniyyətinin təmin edilməsi, işçilərin iş yükünün və dolayısı yolla işçi xərclərinin azaldılması, proseslərin avtomatlaşdırılması və s.-dən ibarətdir.

Adı çəkilən yeniliklərə misal olaraq kredit ödənişlərinin həyata keçirilməsi üçün tətbiq edilən analoji vasitələri misal göstərə bilərik. Kredit ödənişlərinin həyata keçirilməsinin ənənəvi üsulu – Bankın filial və şöbələrində kassa vasitəsilə həyata keçirilən ödənişlərdir. Bu üsul hal-hazırda bütün Banklarda mövcud olsa da, müştəri mənmuniyyəti və vaxta qənaət baxımından əlverişli hesab edilmir. Bu səbəbdən Banklar müştərilərinin kredit ödənişlərini günün istənilən vaxtında və rahat şəkildə həyata keçirməsi üçün analoji vasitələri təklif edirlər. Bu vasitələrə – online (internet vasitəsilə) ödənişləri, ödəniş terminallarını (Milli – Ön, E-Manat və s.) və bəzi Banklarda olan “cash-in” aparatlarını misal göstərmək olar.

Monitorinq qrupumuz hal-hazırda nağd kreditlər təklif edən banklarda ödəniş imkanları barədə araşdırma apardı. Araşdırma nəticələrini aşağıdakı cədvəldə diqqətinizə təqdim edirik.

Bank “Online” ödənişlər Milli – ÖN   E-Manat Daxili “cash – in”
AccessBank + + +
AFBBANK + +
AzeturkBank + +
Bank Avrasiya + +
Bank BTB + + +
Bank Melli İran
Bank of Baku + + + +
Bank Respublika + + + +
DəmirBank + + +
ExpressBank + +*
Günay Bank
Kapital Bank + + + +
NBCBank + +
NikoilBank + + +
Rabita Bank + +
TuranBank + + +
Unibank + + + +
YapikrediBank + + + +
Ziraatbank

Online ödənişlər – Bankın öz saytından, hesab.az, e-pul.az və s. ödəniş portallarından edilən ödənişlər.

Ödəniş terminalları – Ən geniş yayılan iki terminal (Milli-ÖN və E-manat) üzərindən olan ödənişlər.

Daxili “cash –in” – Əsasən bankın filiallarında və şöbələrində quraşdırılır, 7/24 ödəniş etmək imkanı yaradır.

*Expressbanka məxsus ExpressPay ödəniş terminalları çox geniş yayılmışdır. Düşünürük ki, bu səbəbdən digər məşhur iki ödəniş terminallarında (Milli – Ön və E-manat) ödəniş imkanı mövcud deyil.