Heç də həmişə diplomumuzda yazılmış ixtisas üzrə iş tapa bilmirik və bunu istəmirik. Bəzən qarşılaşdığımız vakansiya təhsilimizlə uyğun olmaya bilər. Bəzən isə ümumiyyətlə təhsili olmayan namizədlər işə düzəlməyə çalışır. Təhsil alaraq biz yaxşı iş qazanmağa bilet əldə edirik. Lakin bir çox hallarda bəxtimiz gətirmir və ixtisasımız üzrə iş tapa bilmirik. Bəzi namizədlərin isə ümumiyyətlə təhsilləri yoxdur. Bəz bu hallarda işə necə uğurla düzəlmək olar?
Hər şeyi həll edə biləcək bir əməkdaş olun.
Bir çox universitet məzunlarının bilikləri yalnız dərslikdə yazılan məlumatlardan və nəzəri hissələrdən ibarət olur. Lakin bu o demək deyil ki, onlar bu biliklərini təcrübədə tətbiq edə bilirlər. Yaxşı əməkdaş – problemləri necə həll etməyin yolunu bilən deyil, bu problemləri həll etməyi bacarandır. Özünüzü bütün problemləri həll etməyi bacaran əməkdaş kimi sübut edin, şəxsi və professional həyatdan misallar göstərin. Bu diplomlu rəqibləriniz ilə rəqabət apara bilməyinizə kömək edəcək.
Təhsil – mümkün nailiyyətlər sırasında sadəcə bir punktur.
Diplom almaq, yaxşı mütəxəssis olmaqdan daha asandır. Əgər öz işinizi yaxşı görməyi bacarırsınızsa, bu haqda danışmağı da öyrənəcəksiniz. Siizn əvəzinizdən bunu heç kim etməyəcək. Dəyər yükü ağır olan nailiyyətləriniz ilə özünüzü təqdim etməyiniz – sözügedən işin öhdəsindən gələ biləcəyinizi sübut etmək üçün ən yaxşı vasitədir.
Yaxşı nəticələrə necə nail olduğunuzdan danışın.
Hər bir kəs özündə professionallıq keyfiyyətlərini inkişaf etdirə bilər və diplomdan asılı olmayaraq işinin öhdəsindən əla şəkildə gələ bilər. İşəgötürənə hər şeyi özbaşına nail olduğunuzu, hər gün daha yaxşı olmaq üçün hansı yollardan keçdiyinizi danışın.
“Beşikdən qəbrə qədər oxuyun!”.
Ali təhsilin çatışmamazlığını müxtəlif kurslar, treninqlər vasitəsilə kompensasiya etmək mümkündür. Belə bir təhsil almaq metodu 4, 5 illik universitet təhsilindən daha yaxşı nəticələr verə bilər.
Buna böyük əhəmiyyət verməyin.
Təhsilinizin olmamasını və yaxud uyğun gəlməməsini özünüzə problem etməyin. Əgər bu məsələyə ilişib qalsanız, bu həqiqətən də bir problemə çevriləcək. Bunun əvəzində diqqətinizi təcrübənizə, nailiyyətlərinizə və biliklərinizə yönəldin. Şirkətlərə işin öhdəsindən gələ biləcək mütəxəssislər laızmdır, onlar üçün vacib olan – məqsədlərə nail olmaqdır.