“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
Mənsimov Azərbaycan Prezidentini doğum günü münasibəti ilə təbrik edib.
“Fürsətdən istifadə edərək dövlətimizin hərtərəfli dayanıqlı inkişafı, beynəlxalq aləmdə Azərbaycanın yüksək nüfuzunun təmin edilməsi və xalqımızın tərəqqisi naminə gördüyünüz əvəzsiz işlərə görə Sizə minnətdarlığımı bildirir, ali vəzifədə həyata keçirdiyiniz fəaliyyətinizdə Sizə yeni nailiyyətlər arzulayıram.” – deyə o məktubunda bildirib.