11 C
Baku
Monday, November 25, 2024

Kapital Bank-ın aktivləri artaraq tarixi rekordunu yenilədi

Bankın cəmi aktivləri 3 ilə 3 dəfə böyüdü

Kapital Bank-ın cəmi aktivləri 1 yanvar 2018-ci il tarixinə 3,2 milyard manat təşkil edib. Bu da 2014-cü ildə ( həmin vaxt 1,375 manat idi) bu tərəfə 3 dəfə böyüməklə bankın tarixində maksimum həddə çatması deməkdir.

Banker.az Bankın hesabatına istinadən xəbər verir ki, müştərilərə verilən kreditlərin həcmi isə 1,8% artaraq 1,2 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2018-ci il tarixinə 2,4 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 836,9 milyon manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 6% çoxdur.

Bankın 1 yanvar 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 299,9 milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edir

Hesabata görə, Kapital Bank-ın ümümi faiz gəlirləri 263,36 mln. manat olub ki, bununda  94,84 mln. manatı xalis mənfəət olub.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər