Banker.az Reuters agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı şahzadəsi, krallığın ən varlı biznesmeni al-Valid bin Talal bin Abdulaziz al-Saud azadlığa çıxıb.
Azadlığa buraxılmanın rəsmi şərtləri açıqlanmayıb. Bu yaxınlarda al-Valid Reyters agentliyinə müsahibəsi zamanı bildirmişdi ki, o tezliklə bəraət qazanacaq və azadlığa buraxılacaq.
Bəzi mənbələrin Reuters agentliyinə verdiyi məlumata görə, prokuror və al-Valid bin Talal ilə hökumət arasında bağlanmış müqaviləni təsdiq etdikdən sonra şahzadə azadlığa buraxılıb.
The Wall Street Journal-ın daha əvvəl yazdığına görə, şahzadə azadlığa buraxılmaq üçün hökumətə 6 milyard dollardan az olmayan məbləğ ödəməli idi.