Böyük Britaniya məhkəməsinin qərarı ilə əslən azərbaycanlı olan Rusiya milyarderi Fərhad Əhmədov boşandığı həyat yoldaşı Tatyana Əhmədovaya 453,5 mln. funt-sterlinq yaxud 643 mln. ABŞ dolları təzminat ödəyəcək.
“Bloomberg” agentliyinə istinadən, bu, milyarderin 2016-cı ilin sonuna olan aktivlərinin 41%-i deməkdir.
Məlumatda həmçinin deyilir ki, London məhkəməsi bankirlərə və digər maliyyəçilərə qarşı belə qərarlar çıxarmaqda ad çıxarıb. Adətən qərarlarda aktivlərin 50:50 nisbətində bölünməsi göstərilir.