10 C
Baku
Thursday, December 12, 2024

“ZARA”, “Bershka” və“Pull & Bear” sahibi bir gecədə $4,3 milyard itirdi

“ZARA”, “Berşka”, “Pull & Bear” markaları ilə dünyada məşhur olan “İnditex” şirkətinin aktivləri son 3 ilin ən aşağı həddinə çatıb.

Xarici KİV-ə istinadən, “İnditex”in sahibi Amancio Ortega 2017-ci ili 75 milyard dollar sərvətlə başa vuraraq dünyanın ən zəngin 4-cü insanı olub. Lakin şirkətin aktivlərindəki eniş səbəbindən Ortega 7 milyard dollar itirib.

Bu ilin fevralın 23-də bir gecədə 4,3 milyard dollar itirən Ortega 67,8 milyardlıq sərvətlə zənginlər siyahısında 7-ci sıraya qədər geriləyib. Beləliklə, Ortega Avropanın ən zəngin iş adamı titulunu itirib.

MənbəAzVision
Son xəbərlər
Digər xəbərlər