Uber öz məhsul çeşidini artırmaq məqsədi ilə Niderland Mərkəzi Bankına elektron pul yaratmaqla bağlı lisenziya üçün müraciət edib. Bu haqqda məlumat SkyNews tərəfindən yayılmış və şirkət rəsmiləri tərəfindən təsdiq edilmişdir. Müraciətin məhz Niderlandda verilməsinin səbəbi şirkətinin əsas binasının orada yerləşməsi ilə bağlıdır.
Uberin Asiyalı rəqibi olan Grad artıq bu bazara daxil olmuşdur və hətta yaxın günlərdə kredit və sığorta məhsullarını satacaq qrupunu formalaşdırmışdır.