8 C
Baku
Thursday, December 12, 2024

Araz Ağalarov: “Biz qərb bankları ilə işləmirik”

ABŞ Maliyyə Nazirliyinin bu ilin fevralında tərtib etdiyi “Kreml məruzəsi”ində yer alan azərbaycanlı milyarder-oliqarx Araz Ağalarov şəxsi təyyarəsinin müsadirə olunacağı haqda xəbərdarlıq aldığını açıqlayıb.

Banker.az bu barədə Virtual Azərbaycan-a istinadən xəbər verir ki, biznesmen, “Crocus Group” şirkətlər qrupunun sahibi bu haqda RBC-ya müsahibəsində danışıb. Ağalarov deyib ki, həmin siyahı açıqlanandan sonra Amerika bankı onun “Gulfstream G500” təyyarəsini müsadirə etmək istəyib.

“ABŞ Maliyyə Nazirliyinin “Kreml məruzəsi”inə daxil edilməyiniz biznesinizə necə təsir göstərdi?” –deyə müxbir Ağalarovdan soruşub.

“Biz qərb bankları ilə işləmirik. Yeganə sual meydana çıxdı: mənim təyyarəm Amerikanın “Stonebriar Commercial Finance” bankında kreditə görə girov qoyulmuşdu. Onlar dərhal bildirdilər ki, ya borcunuzu bağlayırsınız, ya təyyarənizi müsadirə edirik. Biz borcu bağladıq, məcbur olduq 20 milyon dollarlıq borcu öz pullarımızla bağlayaq”-biznesmen bildirib.

Ağalarov deyib ki, “Kreml məruzəsi” bu cür birbaşa məhdudiyyətləri nəzərdə tutmurdu. “Fikrimcə banka belə göstəriş verilmişdi”-o əlavə edib.

Biznesmen “Crocus Group”un əsas kreditorunun “Sberbank” olduğunu deyib. Bildirib ki, hazırda şirkətin kredit yükü 1.85 milyard dollardır.

Son xəbərlər
Digər xəbərlər