10 C
Baku
Thursday, December 12, 2024

Ələkbərov LUKOİL və Palmali arasında məhkəmə çəkişməsinə münasibət bildirib

“LUKOİL-lə “Palmali Holdinq” arasındakı məsələ sırf kommersiya məsələsidir”. Bunu APA-nın Rusiya bürosuna açıqlamasında Rusiyanln LUKOİL şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

LUKOİL-lə “Palmali” arasındakı məhkəmə çəkişməsini şərh edən Vahid Ələkbərov bildirib ki, bu sırf kommersiya məsələsidir: “Mən bu məsələni şərh etməzdim. Çünki, məsələnin detallarını yaxşı bilmirəm”.

Qeyd edək ki, “Palmali Holding” “Lukoil” şirkətinin törəmə müəssisəsi olan “Litasco”nu məhkəməyə verib. “Palmali”nin London Arbitraj Məhkəməsində qaldırdığı iddiada qeyd edilib ki, “Litasco” Xəzər dənizində daşımaçılıqla bağlı razılaşmanın şərtlərini pozub. “Palmali” “Litasco”dan 2 mlrd. dollarlıq təzminat tələb edir.

“Lukoil” və “Palmali Denizçilik” 2017-ci ilin aprel ayında neft və neft məhsullarının 10 illik daşımasını həyata keçirmək üçün müqavilə imzalayıblar.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər