6 C
Baku
Sunday, December 15, 2024

Böyük elektronika istehsalçıları qiymətlərin şişirdirilməsinə görə cərimələndilər

Avropa Komissiyası Asus, Denon & Marantz, Philips və Pioneer şirkətləri tərəfindən insternet mağazalarda minimum pərakəndə qiymətlər təyin etdikləri üçün  cərimə tətbiq edib. Bu barədə Komissiyanın mətbuat xidmətindən bildirilib.

Avropa Komissiyasının məlumatlarına görə, bu şirkətlər AB-nin antimonopol qanunlarını pozublar. Cərimələrin ümumi məbləği 111 milyon avronu aşıb.

Milyonlarla Avropalı istehsalçı, mətbəx texnikası, saç quruducuları, noutbuklar, qulaqcıq və digər bir çox məhsul üçün daha yüksək qiymət ödəyiblər.

Rəqabət üzrə Avropa Komissiyasının üzvü

Margrethe Vestager

Araşdırma zamanı məlum olub ki, əgər online mağazalar istehsalçı tərəfindən tələb olunan məbləğdən avadanlığı daha ucuz satırsa, onlara ya çatdırılma dayandırılır yada cərimə tətbiq edilir.

Son xəbərlər
Digər xəbərlər