“AccessBank”ın Rəqəmsal Bankçılıq üzrə İcraçı Direktoru Səbinə Qurbanova “PAŞA Bank”ın “Digital Lab” strukturunda Məhsullar istiqamətinin rəhbəri təyin olunub.
Qeyd edək ki, Səbinə Qurbanova “AccessBank”da öz fəaliyyətini 2005-ci ilin noyabr ayında Mikrokreditləşmə üzrə kiçik mütəxəssis vəzifəsində başlayıb. 2006-cı ilin may ayından Müştəri Xidmətləri Şöbəsinə keçərək burada Baş mütəxəssis vəzifəsinədək yüksəlib. 2009-cu ilin may ayından İnkişaf və Metodologiya Departamentinin rəhbəri, 2013-cü ilin yanvar ayından isə Bankçılıq Xidmətlərinin rəhbəri vəzifəsində çalışıb. Səbinə Qurbanova 2017-ci ilin may ayında Rəqəmsal Bankçılıq üzrə İcraçı Direktor vəzifəsinə təyin olunub.