“PAŞA Sığorta” ASC namizədləri Daxili Audit Xidmətində daxili audit (İT audit) üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Təsdiq olunmuş İllik Audit Planına və Təftiş Komissiyasının tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçiririlməsində iştirak etmək ;
• Audit prosedurların həyata keçirilməsində iştirak etmək (audit obyektindən məlumat toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında birbaşa rəhbərinə vaxtaşırı məlumat vermək ;
• Audit layihələri üzrə hesabatların hazırlanmasında iştirak etmək ;
• Aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak etmək ;
• Birbaşa rəhbəri və ya Daxili Audit Xidmətinin Rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyəti çərçivəsində yerinə yetirmək ;DAX-nin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.
BİLİKLƏR
• Müvafiq sahədə ali təhsil (İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Edilməsi) ;
• Audit və ya IT üzrə biliklər ;
• Azərbaycan dili biliyi, İngilis və Rus dilləri biliyi (İT, Audit, Biznes Prosesslər və s. istiqamətdə məlumatların oxuması və başa düşülməsi üçün kafi dərəcədə).
TƏCRÜBƏ
• Müvafiq iş təcrübəsi: 2 ildən artıq ;
BACARIQLAR
• Yüksək peşə keyfiyyətlərinə malik olmaq ;
• Öz biliklərini təkmilləşdirməyə və yeni vərdişlərə yiyələnməyə həvəs göstərmək
• Məsuliyyətlilik, dəqiqlik, səliqəlilik və təşkilatçılıq qabiliyyəti;
• Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması ;
• Analitik düşüncə tərzi, ünsiyyət qurma bacarıqları ;
• Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı ;
• Kompüter biliyi və müvafiq proqram təminatı (MS Windows məsulları üzrə) ilə işləmək bacarığı ;
• Problemlərin effektiv həll edilməsi bacarığı.
Son müraciət tarixi: 28 fevral, 2019.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.