İran hökuməti 4 yerli bankla birgə PayMon milli kriptovalyutasını buraxıb. Bu kriptovalyuta qızıl ehtiyatları ilə təmin olunacaq. İlkin mərhələdə 1 milyard token PayMon buraxılması qərara alınıb.
Bildirilir ki, İranın kriptovalyutası üzərində Parsian Bank, Bank Pasargad, Bank Melli İran və Bank Mellat işləyib.
Qeyd edilir ki, kriptovalyuta beynəlxalq sanksiyalardan yayınmağa və bununla da iqtisadiyyata mənfi təsirləri azaltmağa kömək edəcək.
©Trend