15 C
Baku
Saturday, October 19, 2024

“Honda” Türkiyədəki zavodunu bağlayacaq: 2021-ci ildə

“Honda” avtomobil şirkəti, 2021-ci ildən etibarən Türkiyənin Kocaeli vilayətində olan zavodunun fəaliyyətini dayandırır. Bu barədə çərşənbə axşamı şirkətin açıqladığı bəyanatda deyilir.

Müəssisəni bağlamaq qərarı korporasiyanın inkişafı üçün qlobal strategiyanın yenidən nəzərdən keçirilməsi və dünya bazarında onların payının sürətlə artması ilə əlaqədar olmuşdur. “Honda”-nın Türkiyədəki dilerlər şəbəkəsi dəyişməz olaraq qalacaq.

Kocaeli vilayətindəki zavod 1997-ci ildə açılmışdı. Hal-hazırda, orada ildə 38 min Civic sedan istehsal olunur. Müəssisədə təxminən 1,1 min nəfər çalışır. Qeyd edək ki, ötən il Türkiyədə təxminən 28 min “Honda” avtomobili satılıb.

Daha əvvəl isə konsern Böyük Britaniyanın cənub-qərbində yerləşən Swindon şəhərindəki yeganə şirkətinin bağlanılmasını elan etmişdir.

Son xəbərlər
Digər xəbərlər