Qanunvericilikdə edilmiş son dəyişikliyə əsasən, Türkiyə vətəndaşları xaricdən ölkəyə televizor, musiqi mərkəzi və cib telefonları kimi cihazları üç ildə bir dəfə vergi ödəmədən gətirə biləcəklər. Dəyəri 1.500 avrodan artıq olmamaq şərti ilə poçt və ya sürətli karqo nəqliyyatı ilə gətirilən əşyalar, eləcə də səfərdən qayıdan vətəndaşların özləri ilə gətirdikləri və müəyyənləşdirilmiş limiti keçən əşyaların qiymətinə görə vergi tutulacaq. Bu əşyalar üçün tətbiq olunan verginin məbləği – əşya Avropa İttifaqı ölkələrindən birbaşa gətirildikdə dəyərinin 18 faizi, digər ölkələrdən gətirildikdə isə 20 faizi olacaq. Xüsusi siyahıda olan mallar üçünsə əlavə 20 faiz də vergi hesablanacaq.

Qeyd edək ki, bundan əvvəl vətəndaşlar xaricdən özləri ilə iki ildə bir dəfə vergi ödəmədən televizor, musiqi mərkəzi və cib telefonu gətirə bilərdilər. Türkiyədə yaşayan bir adama poçt və sürətli karqo nəqliyyatı ilə gələn və hər bağlama üzrə dəyəri 150 avrodan artıq olamayan fərdi istifadə üçün kitab və digər çap məhsullarına görə vergi tutulmayacaq.

©Vergilər