“Yeni Bilgəh Oteli” MMC nizamnamə kapitalının azaldığını elan edib.
Banker.az bu barədə “Bilgah Beach Hotel”i idarə edən (Əvvəlki Jumeirah Bilgah Beach Hotel) şirkətin elanına istinad edir.
Bildirək ki, “Jumeirah” otellər şəbəkəsi bu oteldən adını götürdükdən sonra 2017-ci ildə rebrendinq edərək bu otel “Bilgah Beach Hotel” olmuşdu.
“Yeni Bilgəh Otel” MMC-nin bu günə qədər nizamnamə kapitalı 100 mln. manat idi.






