2 C
Baku
Saturday, December 14, 2024

V.Əhmədov son nazir təyinatlarının hökumətin “iqtisadi blokuna” da təsir edəcəyini deyir

“Cənab Prezident tərəfindən nazirlərin rotasiya üsulu ilə yerinin dəyişdirilməsi çox düzgün addımdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, millət vəkili Vahid Əhmədov deyib.

“Ramin Usubov, Vilayət Eyvazov, Mədət Quliyev və Əli Nağıyev Azərbaycanın müstəqilliyi uğrunda kifayət qədər mübarizə aparıblar. Mən son addımları alqışlayıram. Bu vəzifə təyinatları hökumətin iqtisadi blokuna da təsir edəcək”, – V.Əhmədov əlavə edib. Məlumatı isə Report agentliyi yayıb.

Xatırladaq ki, Prezidentin ötən gün imzalanan sərəncamlarına əsasən yeni daxili işlər naziri, müdafiə sənayesi naziri və Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin olunub.

Son xəbərlər
Digər xəbərlər