9 C
Baku
Thursday, December 12, 2024

Rövnəq Abdullayev Ukraynanın Milli İnvestisiya Şurasına üzv seçilib

Ukrayna Prezidenti Vladimir Zelenski Milli İnvestisiya Şurasının yeni tərkibini təsdiqləyib.

Ukrayna KİV-inə istinadən, siyahıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin də adı var.

İnvestisiya Şurasının yeni tərkibinə 29 nəfər daxildir, V,Zelenski Şuranın İdarə Heyətinə sədrlik edəcək.

Şurada Baş nazir Vladimir Qroysman, Milli Bankın sədri Yakov Smoliy, İqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv və digər şəxslərlə ümumilikdə 10 nəfər hökuməti təmsil edir.

Qalan 19 nəfər isə beynəlxalq şirkətlərin və bank təşkilatlarının rəhbərləridir.

Report

Son xəbərlər
Digər xəbərlər