Bu il Azərbaycanda ÜDM-in artım tempi 2,7% olacağı gözlənilir. Bunu Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund – IMF) Azərbaycan missiyasının yeni rəhbəri Natalia Tamirisa deyib.
Onun sözlərinə görə, növbəti illər ərzində isə ÜDM-in təxminən 2,1-2,5% arasında artacağı gözlənilir.
“Növbəti 3-5 il ərzində qeyri-neft sektorunun orta hesabla 3% artacağını proqnozlaşdırırıq”, – deyə N. Tamirisa qeyd edib.
O həmçinin əlavə edib ki, Cənub Qaz Dəhlizinin fəaliyyətə başlanması ilə əlaqədar olaraq bu il karbohidrogen hasilatında artım gözlənilir, sonrakı dövrlərdə isə artım sabit səviyyədə qalacaq.
APA