9 C
Baku
Friday, November 1, 2024

Azərbaycanda daha bir dövlət qurumu yaradılır – Səlahiyyətləri açıqlandı

Azərbaycanda fermerlərə subdisiya ödənilməsi ilə bağlı qərarı Aqrar Subsidiya Şurası qəbul edəcək.

Bu məsələ Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” nda öz əksini tapıb.

Qaydaya əsasən, yaradılacaq Şurada Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Dövlət Statistika Komitəsinin (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və yerli fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələri daxil olmaqla 7 nəfər təmsil olunacaq.

İctimai əsaslarla fəaliyyət göstərəcək Şuraya rəhbərliyi kənd təsərrüfatı naziri həyata keçirəcək. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olacaq. İclasda, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul ediləcək. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilməyəcək. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledici olacaq.

Şura əkin subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi, məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların təsdiqi, toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların və kvotaların təsdiqi kimi səlahiyyətlərə malik olacaq.

Report

Son xəbərlər
Digər xəbərlər