10 C
Baku
Thursday, December 12, 2024

Aİ ölkələri İranla birlikdə INSTEX mexanizmini işə salırlar

Böyük Britaniya, AlmaniyaFransa nümayəndələri Vyanada “Kompleks tədbirlər planı” üzrə Vyanada keçirilən iclasda İranla birlikdə INSTEX mexanizminin işə düşməsi barədə məlumat veriblər. Mexanizm İranla ticarət münasibətlərinin qurulmasını nəzərdə tutur. 

28 iyunda, İran və daha 5 ölkənin nümayəndələri arasında keçirilən görüşdə, “Ticarət mübadiləsini dəstəkləyən”  (Instrument in Support of Trade Exchanges) işə düşməsinə dair məlumat açıqlanıb. INSTEX mexanizmi bütün Avropa ölkələri üçün əlçatandır. Gələcəkdə bu mexanizmin təkcə Avropada deyil, ittifaqa daxil olmayan ölkələrdə də fəaliyyətə başlaması planlaşdırılır. 

“Ticarət mübadiləsini dəstəkləyən” (Instrument in Support of Trade Exchanges)

Rusiyanın xarici işlər nazirliyinin rəhbəri Serqey Ryabkob bu məsələ ilə bağlı öz münasibətini bildirib:

“Bizim mövqeyimiz ondan ibarətdir ki, INSTEX amerikan sanksiyaları altında olmayan nomenklatura xidməti üçün istifadə olunmalıdır, yəni təkcə ərzaq məhsulları və əczaçılıq yox. Nomenklaturanı genişləndirmək lazımdır, gələcəkdə neft müqavilələrini də  INSTEX çətiri altında durması üçün imkan yaradılmalıdır”.  

Qeyd edək ki, daha əvvəl ABŞ rəsmiləri INSTEX mexanizminə münasibətdə və onun yaradılmasında iştirak edən şəxsləri sanksiyalarla təhdid edib. Bu haqda 29 mayda Bloomberg xəbər agentliyi məlumat verib. 

Son xəbərlər
Digər xəbərlər