6 C
Baku
Sunday, December 15, 2024

“Ford Mustang” avtomobilinin yaradıcısı dünyasını dəyişdi

ABŞ-ın avto sənayesinin aparıcı mütəxəssislərindən biri olan Lee Iacocca (Li Yakoka), 94 yaşında dünyasını dəyişib.

Banker.az bu haqda Los Angeles Times qəzetinə istinad edərək xəbər verir.

İtaliyalı immiqrantların ailəsində anadan olan Yakoka, 1930-cu illərin əvvəllərində Böyük depressiya dövründə pul qazanmaq həvəsinə düşmüşdür. 1946-cı ildə o “Ford” da işə başlayaraq, amerikan şirkətinin tarixində ən gənc viçe-prezidenti olub.

“Ford Mustang” avtomobilinin yaradılması ideyası da məhz ona məxsusdur. Qeyd edək ki, bu avtomobil şirkətin tarixində ən uğurlu layihələrdən biri olmuşdur. Bundan əlavə olaraq, Li Yakoka yeni avtomobilin reklam kampaniyası ilə də şəxsən özü məşğul olub.

1968-ci ildə Yakoka şirkətin prezidenti vəzifəsinə təyin olunmuşdur. O, 1970-ci illərdə enerji böhranından keçə bilmişdir. Lakin bir müddət sonra Henry Ford II ilə yaranmış fikir ayrılığı səbəbindən 1978-ci ildə vəzifəsindən uzaqlaşdırılıb.

“Ford” şirkətini tərk etdikdən sonra, mütəxəssis “Chrysler” şirkətini təsis edir.

 

 

Son xəbərlər
Digər xəbərlər