10 C
Baku
Friday, December 13, 2024

“Azmont Investments”in səhmlərinin əsas pay sahibi olmuş şirkət ləğv olunur

PSG qrupuna  daxil olan “PSG Resort” MMC ləğv olunduğunu açıqlayıb.

Banker.az bu barədə adıçəkilən şirkətin elanına istinadən xəbər verir.

Bunun üçün şirkət artıq Vergilər Nazirliyinə müraciət də edib.

Bildirək ki, 9 iyul 2014-cü il tarixindә “Azerbaijan Global Investments” ASC Monteneqro-da turizm kompleksinin tikintisi üçün “PSG Resort” MMC ilә 400 milyon Avro mәblәğindә layihә maliyyәlәşdirmә sazişi imzalayıb və orada layihəninin reallaşmasında iştirak edib.

Banker.az-ın mənbələrdən əldə etdiyi məlumatlara görə, 8 oktyabr 2015-ci il tarixindә “Azәrbaycan Global Investments” ASC “PSG Resort” MMC-nin sәhmlәrini 100% almışdı.

Bundan əlavə 2015-ci ilin dekabr ayına qәdәr “PSG Resort” MMC “Azmont Investments” D.O.O.-nun ( d.o.o – Družba z omejeno odgovornostjo :Sloven dilində MMC statusuna bərbər bir təşkilatı-hüquqi formatdır) sәhmlәrinin 80% sahib olmuşdur. 2015-ci ilin dekabr ayında “PSG Resort” MMC sәhmlәrin qalan 20%-ni SOCAR-dan almış vә “Azmont Investments” d.o.o.-nun sәhmlәrinin 100%-nә sahib olmuşdur. 31 dekabr 2015-ci il tarixindә “Azәrbaycan Global Investments” ASC “Azmont Investments” d.o.o.-ya verilmiş vәsaitlәri nizamnamә kapitalına köçürmәklә tәşkilatı restrukturizasiya etmiş vә 99.99% iştirak payı ilә son nәzarәtedici tәrәf olmuşdu.

Xatırlatma

Əlavə olarq bildirək ki, PSG qrupuna “PSG Resort”, “PSG Production”, “PSG Tax Consultig”, “PSG Low”, «PSG idarə sistemləri» və “PSG Finans” BOKT daxildir.

Son xəbərlər
Digər xəbərlər