15 C
Baku
Monday, May 6, 2024

“Xalq Sığorta” nizamnamə kapitalını 27,2% artırıb

“Xalq Sığorta” şirkəti nizamnamə kapitalını 27,2% – 58 mln. 750,5 min manatadək artırıb. Bu barədə İnterfaks agentliyinə şirkətdən məlumat verilib.

Şirkətin saytında məlumata əsasən, 31 dekabr 2018-ci il tarixinə “Xalq Sığorta”nın nizamnamə kapitalı 46 mln. 187,5 min manata bərabər olub.

Beləliklə, nizamnamə kapitalı 2019-cu ilin I yarısında artırılıb.

“Xalq Sığorta” şirkəti 2006-cı ilin aprel ayından Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir və topladığı sığorta haqlarının həcminə görə ölkənin 15 aparıcı sığorta şirkətindən biridir. Şirkətin səhmdarları bir neçə fiziki şəxsdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər