10 C
Baku
Thursday, December 12, 2024

Dünyanın 1 nəfər sakindən ibarət olan şəhərləri

Günümüzdə dünyanın bir çox nöqtəsində sakini az olan şəhərlər və qəsəbələr var.

Onların arasında 1 nəfər sakindən ibarət olan şəhərlər də yer alır.

Buford. Vayominq ştatı.

Olbanidə yerləşən Buford şəhərciyi 2013cü ildə ABŞ’ın ən kiçik şəhəri hesab edirildi. İllərlə şəhərin tək sakini Don Semonsk olub. Maraqlısı da odur ki, Don, öz şəhərinin həm satıcısı, həm də qapıçısı idi. 2012ci ildə Don öz şəhərciyini hərraca çıxararaq onu 900min dollara 2 Vyetnamlıya satıb.

Bonanza. Kolorado ştatı.

19cu əsrdə İspan dilindən tərcümədə “rifah” mənasına gələn Bonanza şəhərində mindən çox insan yaşayırdı. Lakin, 2010cu ilədək bu rəqəm 1ə bərabər oldu. Şəhərin əsas xüsusiyyətlərindən biri isə onun gümüş və neftlə zəngin olmasıdır.

Lorye. Vaşinqton ştatı.

Kanadayla Amerikanın sərhədində yerləşən bu şəhərdə 2010cu ildə “əhalinin siyahıyaalınması”na əsasən cəmi 1 nəfərin yaşadığı bildirilib.

Şəhərin adı isə 1896-1911 illərdə Kanadanın baş naziri olan Uilfrid Lorye ilə əlaqəlidir. Lorye şəhərində 3 bina mövcuddur.

Monovi. Nebraska ştatı.

2014cü ildə Monovi’nin yeganə sakini yenicə dul qalmış Elsi Eyler idi. Özü öz meri olan qadın özünə vergi ödəyirdi. Monovinin ötən əsrin 30cu illərində belə sakinlərinin 150 nəfərdən çox olmadığı bildirilir.

©Bizimyol.info

Son xəbərlər
Digər xəbərlər