ABŞ-ın ən zəngin vətəndaşlarının reytinqində yer alan amerikalıların varidatı 2,96 trln. ABŞ dollarına çatıb, onların orta sərvəti isə 7,4 mlrd. dollaradək artıb.
“Forbes” jurnalına istinadən məlumata görə, 400 amerikalının sərvəti rekord həddə – 2,96 trln. dollara çatıb ki, bu da 2018-ci illə müqayisədə 2,2% çoxdur. Eyni zamanda, reytinq iştirakçılarının orta sərvəti il ərzində 200 mln. dollar artaraq 7,4 mlrd. dollara çatıb.
Qeyd edək ki, 2019-cu ildə sözügedən reytinqə daxilolma həddi 2,1 mlrd. dollar olub.
APA