10 C
Baku
Wednesday, December 11, 2024

Bazel II nədir?

0

Have a Question?

Bazel II – Bazel Bank Nəzarəti Komitəsinin bankların kapital tələblərinə dair 2004-cü ildə imzaladığı ikinci razılaşmadır.

Bazel II-nin əsas ideyası kapitalın adekvatlıq əmsalının tələblərini yerinə yetirmək və bank sektorunda risklərin idarə edilməsinin sabitliyini və keyfiyyətini artırmaqdır.

Sənədin əsas müddəaları:

  • Bank sisteminin sabitliyi əsas üç komponent ilə müəyyən olunur (3 Pillars):
  1. Pillar 1 bankın məzənnə kapitalının minimum məbləğini müəyyənləşdirir: 8% və daha yuxarı olur, lakin Bazel I ilə müqayisədə burada kreditdən əlavə digər risk növləri də nəzərə alınır və bankın öz kapitalının kredit, bazar və əməliyyat riskləri nəzərə alınmaqla ölçülmüş aktivlərin məcmusuna nisbəti kimi hesablanır;
  2. Pillar 2 milli tənzimləyicilər tərəfindən kapitala münasibətdə həyata keçirdikləri nəzarət prosesini tənzimləyir: nəzarət prosesinin və risklərin idarə edilməsinin əsas prinsiplərini, habelə bank nəzarətçilərinə bank riskləri ilə bağlı hesabatların şəffaflığını nəzərə alır;
  3. Pillar 3 bankların bazar intizamına əməl etməsi öhdəliyini möhkəmləndirir: fəaliyyətləri haqqında məlumatları açıqlamaq və maliyyə cəhətdən şəffaf olmaq;
  • Kredit risklərinin miqdarı bank tərəfindən iki yanaşmadan biri əsasında hesablanır: bankdan kənar agentliklərin reytinqlərinə əsaslanan standart yanaşma və bankın öz reytinqinə əsaslanan daxili yanaşma;

Bank kapitalına qarşı irəli sürülən yeni tələblərə görə, riskin çəkisi aktiv növü üzrə deyil, borcalanlar qrupları üzrə aparıcı reytinq agentlikləri tərəfindən hazırlan