2020-ci ildə bəzi sahələr üzrə əməkhaqlarının artırılması nəzərdə tutulur.
Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, sosialyönümlü siyasətin prioritetliyi 2020-ci ildə də saxlanılmaqla, bəzi sahələr üzrə əməkhaqlarının artırılması nəzərdə tutulur.
2020-ci il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 10 373,7 milyon manat məbləğində proqnozlaşdırılıb ki, bud a 2019-cu illə müqayisədə 2605,8 milyon manta və ya 33,5 faiz çoxdur.
Sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 38,5 faiz təşkil edəcəkdir ki, bud a 2019-cu illə müqayisədə 7,7 faiz-bənd çoxdur.
Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.
©APA