17 C
Baku
Monday, May 6, 2024

Qubernator 31 dekabrı “İnstagram”da keçirdiyi səsverməyə əsasən qeyri-iş günü elan etdi

Rusiyanın Pskov vilayətinin qubernatoru Mixail Vedernikov “İnstagram”dakı izləyiciləri arasında 31 dekabrın qeyri-iş günü hesab olunması barədə soğru keçirib. 92 faizlik müsbət rəy alan qubernator ilin sonuncu gününü qeyri-iş günü elan edib.

Qubernator qərarını belə izah edib:

“Səsvermə açıq şəkildə göstərdi ki, Pskov vilayətinin əhalisinin böyük əksəriyyəti ilin son gününü istirahət günü kimi görmək istəyirlər. Bununla da istirahət gününün 31-dən 28-nə keçirilməsi haqqında sərəncam imzalandı. Qoy, bu gələn yeni ilin ilk hədiyyəsi olsun”.

Bundan əvvəl Stavropol vilayətinin qubernatoru eyni addımı atmışdı.

©Oxu.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər