“Azərsu” 823 min manatlıq server avadanlıqları alacaq – İT şirkəti ilə müqavilə

“Azərsu” ASC ilə “Ultra Technologies” MMC arasında müqavilə imzalanıb.

Banker.az xəbər verir ki, müqavilədə “Azərsu” ASC-nin daxili vəsaiti hesabına server avadanlıqları və ehtiyat hissələrinin satın alınması nəzərdə tutulub.

Müqavilənin məbləği 823 min 107 manatdır.

Bildirək ki, Ultra Technologies şirkəti 1999-cu ildə təsis edilmişdir.
Azərbaycan İT bazarında 16 ildən çox fəaliyyət göstərməklə bazarda lider şirkətlərdən birinə çevrilmiş şirkət İntel, HP, Microsoft, Oracle, Cisco və s. iri İT korporasiyaların rəsmi tərəfdaşıdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər