Avropa Mərkəzi Bankının idarə heyəti koronavirus məsələsini müzakirə etmək üçün növbədənkənar iclas keçirib.
Banker.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Reuters” xəbər agentliyi məlumat verib.
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini azaldıqdan sonra keçirilən konfransda əməliyyat məsələləri müzakirə edilib, bankın siyasi tədbirlər görüb-görməyəcəyi sualına toxunulmayıb.
Agentliyin verdiyi məlumata görə, iclasda 19 mərkəzi bankın COVID-19 virusunun yayılması ilə necə mübarizə apardıqları məsələsi müzakirə olunub.
Likvidlik və ya nağd pulların istifadəsinin artması ilə bağlı heç bir problem yaşanmasa da, rəhbərlər bu kimi stressli əlamətlərə necə reaksiya verəcəklərini bildirdilər.
Əsas diqqət kiçik və orta müəssisələrin maliyyələşdirilməsinin və likvidliyinin təmin edilməsinə yönəldilib.
Xatırladaq ki, daha əvvəl Avropa Mərkəzi Bankının sədri Kristin Lagard, koronavirus epidemiyasının maliyyə bazarları üçün potensial təhlükə olduğunu söyləmişdir.
“Avropa Mərkəzi Bankı vəziyyəti izləyəcək. Biz bütün lazımi tədbirləri görməyə hazırıq”, – tənzimləyicinin saytında deyilir.
Avropa Mərkəzi Bankının növbəti iclası martın 12-i keçiriləcək.